Lənkəran şəhərində mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Namiq Zamanova məxsus mağazadan 643 manat pul, ərzaq məhsulları və geyim əşyaları oğurlanıb.
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Namiq Zamanovun qardaşı Natiq Zamanov tutulub.
Hacı Zeynalov