Türkiyənin İzmir şəhərində restoranda pianoçu kimi çalışan Fatih.K işdən çıxarılmağına etiraz olaraq dostları ilə birlikdə restoran sahibini cəzalandırmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, o, dostları Enis B., İdris A., Mesut K. Ahmet Öztürk və Cem A restoran sahibi olan Nurettin C. ilə danışmaq üçün onunla görüşüblər.
Görüş zamanı tərəflər arasında mübahisə düşüb. Restoran sahibi tüfəngə əl ataraq əsgərlikdən yeni qayıdan 22 yaşlı Ahmet Öztürkü qətlə yetirib, Enis B-ni isə yaralayıb.
Restoran sahibi və onunla davaya gələnlər həbs edilib.