Tovuz rayonunda cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini Kənan Qasımov mübahisə zəminində baltalanıb.
Xəsarət alan Kənan Qasımov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub, vəziyyətinin ağır olduğu bildirilir.
Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Elxan Qasımov tutulub.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Elxan Qasımov əvvəllər məhkumluq həyatı da yaşayıb.
Hacı Zeynalov