Şəmkir rayonunda taksi sürücüsünü qətlə yetirən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Namiq Babayevə kəsici alətlə bədən xəsarətləri yetirərək öldürən Seyfəli kənd sakini, 21 yaşlı Eşqin Murtuzov ölkəni tərk etmək istəyərkən həbs edilib.
Qeyd edək ki, qətl hadisəsi Şənkir rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Eşqin Murtuzov taksi fəaliyyəti ilə məşğul olan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Namiq Babayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobilə əyləşib. O, taksi sürücüsündən Seyfəli kəndində aparmasını bildirib.
O, yolda Namiq Babayevə bıçaqla xəsarət yetirib və daha sonra pulunu, telefonunu götürərək, hadisə yerindən qaçıb.
Xəsarət alan Namiq Babayev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov