Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İlham İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, Bakı sakini Dilşad Şahbazovu bağçaya müdir təyin etdirmək adı ilə ondan 35 min manat pul alıb.
Hacı Zeynalov