Şəki şəhərində qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin M. Ə. Rəsulzadə küçəsi 44 ünvanında qeydə alınıb.
Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Mehman Əsgərov həmin ünvanda bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov