Dünən saat 21 radələrində Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23 ünvanında intihar edən keçmiş rəis müavini Ramiz Quliyevin öldüyü anı əks etdirən videogürüntünü əldə etmişik.
Qeyd edək ki, R.Quliyev polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
Onun intihar anını əks etdirən götüntüləri təqdim edirik:
23:00
Bu gün saat 21 radələrində Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23 ünvanında ölüm hadisəsi baş verib. Ramiz Quliyev adlı şəxs yaşadığı 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. Mənzilə ilkin baxış zamanı qapıların açıq qaldığı, masanın üzərində mərhumun ailə fotolarının düzüldüyü məlum olub.
Ramiz Quliyev Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda təqaüddə olub.
***
Bu gün saat 21 radələrində Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23 ünvanında ölüm hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, orta yaşlı mühafizəçi geyimində olan kişi "Union Park" yaşayış kompleksinin yuxarı mərtəbələrindən birindən yıxılıb. O, aldığı ağır xəsarət nəticəsində yerindəcə keçinib.
Hadisə yerində təcili yardım, polis və prokurorluq işçiləri işləyir.