25 Yanvar 2017 12:38
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə hökm elan edilir.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiya müşavirəni başa çatdırıb və məhkəmə zalına daxil olub.

Hakimlər hökmü oxumağa başlayıblar. Hökmün böyük həcmli olduğu və günün sonuna kimi oxunmasının başa çatacağı bildirilir.

Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin binası polis tərəfindən mühafizə olunur. Ətrafda xeyli sayda polis və polis maşınları var.

Qeyd edək ki, hakimlər yanvarın 19-da hökmün elan edilməsini müzakirə etmək üçün müşavirə otağına yollanıblar.

Prokuror Taleh Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11, Müsəlman Birliyi Təşkilatının üzvləri Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyevin 15, Zakir Mustafayevin 15, Cahad Babakişizadənin 15, Aqil Quliyevin 15, Abbas Quliyevin 15, İbrahim Xudaverdiyevin 15, Etibar İsmayılovun 15, Bəhruz Quliyevin 15, Əli Nuriyevin 15, Əlibala Vəliyevin 15, Fərhad Balayevin 15, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər