Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Nofəl Pənahov naməlum şəraitdə bıçaqlanıb.
O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Nofəl Pənahovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Göygöl rayon polis şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov