8 İyul 2014 12:20
608

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə bu gecə, Q.Qarayev prospekti ev 115-in qarşısında qeydə alınıb. Şəxsiyyəti məlum olmayam 2 nəfər Qusar rayon sakini 1995-cvi il təvəllüdlü Mədətxan Cəbrayılova zorakılıq göstəriblər. Onlar 19 yaşlı oğlanın mobil telefonunu alıblar. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıb.

Mədətxan Cəbrayılov quldurluqla üzləşməsi ilə bağlı polisə şikayət edib Hazırda cinayəti törədən şəxslərin kimliyini müəyyən edərək tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...