8 İyul 2014 12:29
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevidə ağır cinayət hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Oğuz rayon sakini Zaur Rəsulov həmyerliləri Elnur Əzizov, Fərid Hasilov, onun anası Amaliya və qardaşı Cavidi bıçaqlayıb. Zaur Rəsulov cinayəti törədəndən sonra hadisə yerini tərk edib.

Hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Zaur Rəsulovun tutulması üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: