Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qayan şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ləman Nəzərəliyeva saxlanılıb.
Ləman Nəzərəliyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Ərzincan şəhərinə aparıb və insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov