26 Yanvar 2017 17:22
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Ramil Qədimovun 13 il, Nurlana Hüseynovanın 12 il, Vüqar Həsənovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 2-də davam edəcək.

İttihama görə, Vüqar Həsənov Ramin Qədimovla birlikdə qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramil Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib.

Yaşar Babayevin hüquq-mühafizə orqanlarına şikayətindən sonra təqsirləndirilən şəxslər həbs ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər