Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində dini ekstremist öldürülüb. Teleqraf.com xəbər verir ki, bu barədə DTX-nın ictimai əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, bu gün Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın – dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib. Əməliyyat zamanı o, silahlı müqavimət göstərib. Bu zaman DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq edərək cinayətkarı məhv edib.