27 Yanvar 2017 10:35
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində internet klublardan birinin sahibi, 1992-ci il təvəllüdlü Tanrıverdi Tanrıverdiyev bıçaqlanıb.

O, bıçaq xəsarəti ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Tanrıverdi Tanrıverdiyevin həyatını xilas etmək mümkün olub. Ancaq vəziyyətinin ağır olduğu bildirilir.


İlkin məlumata görə, Tanrıverdi Tanrıverdiyevi keçmiş işçisi Saleh adlı şəxs bıçaqlayıb. Onların arasında pul mübahisəsi üstündə yaranan münaqişə sonda bıçaqlanma ilə nəticələnib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. 13-cü polis bölməsinin əməkdaşları cinayəti törədən şəxsin həbs edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər