27 Yanvar 2017 17:08
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Şahid Ənvər Cabbarov bildirib ki, tikinti işlərinə baxıb. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Digər şahid Abdulla Abdullayev Rabitə Nazirliyinin tərkibində olan "Azərrabitə" MMC-də işlədiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Ramiz Sadıqov bildirib ki, istintaqa ifadə verib, yalan danışmayıb. O qeyd edib ki, "Aztelekom" Beyləqan qovşağının rəisi olub. Onun sözlərinə görə, katrovka işləri ilə bağlı göstəriş olub və təmir işləri aparılıb.

Ələsgər Əliyev bildirib ki, Samux Qovşağın rəisi işləyib. Onun sözlərinə görə, təmir işlərinin görülməsi ilə bağlı mal alıblar, baş idarəyə faiz verilməyib.

Şahid Qoşun Alıyev bildirib ki, Daşkəsəndə poçt şöbəsinin rəisi işləyib. O istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Digər şahid Rasim Ağyev bildirib ki, yalan ifadə verməyib. Bildirib ki, poçt rəhbəri olub və tapşırıqla poçt binasının təmir edib.

Zülfəli Muradov qeyd edib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. Onun sözlərinə görə, Neftçala qovşağında işləyib və istintaqa verdiyi ifadəsini təsdiqləyib. Qovşaqda hər hansı pul köçürməsində iştirak etməyib. Faiz məsələsi olmayıb.

Şahid bildirib ki, katirovka işləri ilə bağlı tenderlər qanuni olub: "Bütün işlərimiz qanuni olub, optik rabitə işləri görülüb".

Zülfəli Muradov deyib ki, katirokalarların keçirilməsinə rəhbərlik nəzarət edib:"Amma katrovkaları biz özümüz keçirməli idik. Amma keçirməmişik, bununla bağlı rəhbərliyə müraciət etmişəm".

İstintaqa verdiyi ifadəsindən məlum olur ki, optik rabitənin qurulması üçün 3 milyon manat ayrılıb, həmin vəsait Namazalı Məmmədovun şirkətinə köçürülüb, bununla bağlı işlərə rəhbərlik nəzarət edib, bütün tapşırıqlar Oktay Rüstəmov tərəfindən gəlib, ümumi rəhbər kimi Vidadi Zeynalovu tanıyıb, onunla münasibəti normal olub.

İstintaqa verdiyi ifadəsini təsdiqləyən şahid bildirib ki, Vidadi Zeynalovu rəhbər kimi tanıyıb, amma katrovkalarda şişirdilmiş qiymətlərlə bağlı ona müraciət etməyib:"Çünki pulların köçürülməsi Vidadi Zeynalovun səlahiyyətində olmayıb".

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov deyib ki, şahidin Vidadi Zeynalova müraciət etməsi üçün əsas olmayıb:"Səbəb isə odur ki, bu işlərə nazir Əli Abbasovun özü nəzarət edib. Şahid bununla bağlı nazirə müraciət etməli idi. Vidadi Zeynalovun qiymətlərin şişirtməsi ilə bağlı şahidə sual verilməsi düzgün deyil".

Namazalı Məmmədov bildirib ki, Salyan-Neftçala rayonları arasında optik rabitənin qurulması ilə bağlı tender elan edilib. Şahid deyib ki, tenderlər qanuni keçirilib.

Zülfəli Muradov isə qeyd edib ki, Oktay Rüstəmovun göstərişi ilə pulları Namazalı Məmmədovun şirkətinə köçürüb:"Tenderləri müstəqil keçirmık səlahiyyətim olmayıb. Hansı şirkəti deyiblər, onu da seçmişik".

Zülfəli Muradovun istintaqa verdiyi ifadəsində ziddiyyətlər olduğu üçün həmin ifadə elan edilib. O, ifadəsində bildirib ki, Oktay Rüstəmova qiymətlərin şişirdilməsi ilə bağlı danışıb, Oktay Rüstəmov isə deyib ki, bu sənlik məsələ deyil, bu işlər nazirlik tərəfindən idarə olunur, görülən işlərə görə 163 min manat ayrılıb, həmin pulun 30-35 faizi geri qaytarılmalıdır. Oktay Rüstəmov deyib ki, bu, Vidadi Zeynalovun göstərişidir, puldan Məhəmməd Məmmədova da 5-10 faiz çatacaq. Şahid həmçinin ifadəsində qeyd edib ki, Vidadi Zeynalovu tanlmayıb.

Zülfəli Muradov həmin ifadəsini təsdiqləməyib və bildirib ki, ifadə onun tərəfindən yazılmayıb: "Özümü pis hiss edirəm".

Daha sonra şahid tərəflərin suallarını cavablandırıb. Deyib ki, istintaqa eşitdiklərini danışıb. O, Oktay Rüstəmovla telefonla danışdığını deyib. Bildirib ki, ondan göstəriş almayıb.

Vidadi Zeynalov isə deyib ki, binanın tikilməsi üçün icra hakimiyyətinin göstərişi olub: "Bizi məcbur edirdilər ki, binanı təmir edin, bina pis vəziyyətdədədir. Deyirdilər ki, qonaq gələcək, təmirə ehtiyac var. Biz də həmin binaları təmir etmişik. Təkcə Cəlilabad rayonunda yox, bütün rayonlarda nazirliyin balansında olan binalar üzlənib, təmir edilib. Pulların alınması və hara xərclənməsi barədə məlumatsızam. Pulun 30-35 faizinin geri alınması, 10 faizinin Məhəmməd Məmmədova çatması və yaxud götürülməsi mənə çatmadı. Bu məsələ mənə də aydın deyil".

Proses fevralın 1-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər