27 Yanvar 2017 23:39
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məhkəməyə verilir. Teleqraf.com xəbər verir ki, bu barədə müsavat.com-a mərhum direktorun qızı məlumat verib.

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun qızı atasının ölümündə Azər İsmayılovu günahkar bilir: "Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir".

Qeyd edək ki, məktəbdə çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Azər İsmayılov Teleqraf.com-a açıqlamasında məktəb direktorunun vəfatından xəbərsiz olduğunu deyib: “Dünyasını dəyişibsə, Allah rəhmət eləsin. Çox pis oldum. Bizimlə əlaqəsi yoxdur”.


Müəllif:

Oxşar xəbərlər