Bakının Nəsimi rayonunda silahlı şəxs saxlanıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tahir Məhərrəmov saxlanıb.
Ondan “Valter” markalı tapança, 4 ədəd patron və 1 daraq götürülüb. Tahir Məhərrəmovun əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov