Bakının Nərimanov rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Z.Bünyadov prospektində qeydə alınıb. Həmin prospektdə “KİA” markalı avtomobilin sürücüsü xuliqanlıq zəminində paytaxt sakini Bayram Nəcəfovu döyüb.
Bayram Nəcəfov döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov müəyyən edilib. Polis əməkdaşları tərəfindən Tural Adıgözəlov saxlanılıb.
Hacı Zeynalov