29 Yanvar 2017 01:15
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə qeydə alınıb.

Şəki rayon sakini, 31 yaşlı Lalə Məmmədova icarəyə götürdüyü kafedə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.


Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayətin Şamaxı rayon sakini Nurməhəmməd Şükürov tərəfindən törətməsi müəyyən edilib. O, həbs edilib.

Məlum olub ki, Nurməhəmməd Şükürov Lalə Məmmədovanın kafesinin yanında yerləşən avtoyuma məntəqəsində işləyib. Hadisə baş verən zaman isə Nurməhəmməd Şükürov kafedə spirtli içki içərək mübahisə edib. Lalə Məmmədova ona kafedə səs-küy saldığına görə irad bildirib. Bundan əsəbləşən Nurməhəmməd Şükürov qadını bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər