Goranboy rayonunda 38 yaşlı kişi döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Kənd sakini, 38 yaşlı Rafael Cəfərov bir neçə nəfərlə mübahisə edib və sonda onların mübahisəsi davaya çevirilib. Dava zamanı Rəfael Cəfərov vəhşicəsinə döyülüb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov