30 Yanvar 2017 09:25
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının qarşısında Bakı-Sumqayıt xətti üzrə hərəkət edən mikroavtobuslar toqquşub.

Qəza yolun buz bağlaması səbəbindən mikroavtobusun birinin sürüşərək digərinə çırpılması nəticəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Saray-Sumqayıt maşrutu ilə hərəkət edən 503 (keçmiş 14) nömrəli mikroavtobus sərnişinləri düşürtmək üçün stansiyanın qarşısındakı dayanacaqda dayanıb. Həmin vaxt Bakı-Sumqayıt xətti ilə hərəkət edən 504 nömrəli mikroavtobusun sürücüsü də sərnişin düşürtmək üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq istəyib. Lakin bu zaman mikroavtobus sürüşərək digər mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki mikroavtobusa ziyan dəyib.//report.az


Müəllif:

Oxşar xəbərlər