30 Yanvar 2017 11:53
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Əliş Abdulov və Mikayıl Əndəlifov hər birinin barəsində 7 il müddətinə həbs cəzası təyin edilib və onlar məhkəmə zalında həbs ediliblər.

Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilib və onlara şərti cəza təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar fermer təsərrüfatına məxsus 400-dən çox qoyunu mənimsəməkdə ittiham olunublar.

İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər