Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Orxan Xurşudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Orxan Xurşudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yasamal rayon 29-cu Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 22-də Orxan Mürsəlovun 70 manat pulunu quldurluq yolu ilə almış Şirvan şəhər sakini Orxan Xurşudlu tutulub.
Hacı Zeynalov