31 Yanvar 2017 10:12
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Taxtakörpü kəndində qeydə alınıb.

Kənd sakini Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər