Bakıda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayev həbs edilib.
Ondan “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.
Oxşar əməliyyat Sabunçu rayonunda da aparılıb. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasov saxlanılıb.
Ondan içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb.
Hacı Zeynalov