31 Yanvar 2017 15:11
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda 13 yaşlı qızını öldürməkdə təqsirli bilinən ata həbs edilib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi rayonun Alpan kəndində baş verib.

Kənd sakini Əşrəf Süleymanov 13 yaşlı qızı Səfurəni çoxsaylı bıçaq zərbələrilə öldürüb.Quba rayon polis şöbəsi və prokurorluğunun birgə keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Əşrəf Süleymanov həbs edilib.

Əşrəf Süleymanov istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər