Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.
Teleqraf.com xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi “Nissan” markalı avtomobilə naməlum şəxs müştəri qismində əyləşib.
Daha sonra həmin şəxs Rəhman Şıxıyevi bıçaqla hədələyərək 219 manatını alaraq qaçıb. Sürücü quldurluqla üzləşməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vasif Qədimov tutulub.
Cinayəti törədən şəxsin əvvəllər də məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov