1 Fevral 2017 09:52
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Gülarə Məlikova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: