Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan İsayev Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu Xırdalan şəhərində 700 manata satarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov