1 Fevral 2017 13:01
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda üç il əvvəl baş verən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub.

Məlumata görə, oktyabrın 11-də Tərtər rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olduğu müəyyən edilib.

Aqil Aslanov və Şaiq Həsənov həbs edilsə də, bir müddət Səxavət Orucov gizlənə bilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.

Məlim olub ki, Sənan Mirzəyev Tərtər rayonunun Vasif Hüseynov küçəsində yaşadığı 2 saylı evdə öldürülüb. Sənan Mirzəyev evinin yaxınlığındakı avtoyuma məntəqəsini işlədirmiş. Onun cəsədini də avtoyuma məntəqəsinin işçisi aşkar edib.

Belə ki, işçi onun evinə gəlib və mərhumun cəsədi ilə qarşılaşıb.Bundan sonra hadisə barəsində rayon polis şöbəsinə məlumat verilib. Meyitə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları Sənan Mirzəyevin döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişdiyini bildiriblər.

Mərhumun üz nahiyəsində də xəsarətlər olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər