1 Fevral 2017 18:43
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabuncu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Kürdəmir rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı, zərərçəkmiş Şehman İmanov ifadə verib.

Zərərçəkmiş bildirib ki, Akif Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.

Şehman İmanov istintaqa verdiyi ifadəsini təsdiq edib.

O, qeyd edib ki, Akif Çovdarov Mollakənd kəndi ərazisində torpaq sahəsi zəbt etməsə də, “Xatirə” yeməkxanasını 2009-cu ilin yanvar ayının əvvəllərindən işlədə bilməyib: : “Yeməkxananı işlətdiyim dövr ərzində aylıq mənfəət təxminən 500 manata yaxın təşkil edib. “Xatirə” yeməkxananı məlum səbəblərə görə bu günə kimi işlədə bilməmişəm. Bunun nəticəsində Akif Çovdarov mənə 44.000 manat məbləğində ziyan vurub. “Xatirə” yeməkxanasının fəaliyyəti 2003-cü ildə dayandırılıb. Heç vaxt həmin yeməkxananı fahişəxana kimi işlətməmişəm”.

Zərərçəkmiş qeyd edib ki, Akif Çovdarovun adamları yeməkxananın ətrafını qanunsuz olaraq hasara alıblar və onu işlətməsinə mane olublar. Onun sözlərinə görə, Akif Çovdarov ona hədə-qorxu gəlib və yeməkxananı fahişəxana kimi işlətməsi barədə əməliyyat keçirəcəyini deyib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, cinayət işinin matreallarında Ş.İmanovun “Xatirə” kafesini Sədyar Tağıyevə 55 min manata satdığı barədə məlumat yer alıb.

Daha sonra həmin epizod üzrə şahidlər dindirilib.

Proses fevralın 6-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər