2 Fevral 2017 20:11
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb. Kənd sakini 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb. Uzun illərdir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində stomatoloq həkim kimi çalışan Çingiz Bədirovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Ailə üzvləri onun intihar etməsindən gec xəbər tutublar və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər