2 Fevral 2017 21:12
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bıçaqlanma hadisəsi ötən ilin iyulunda Siyəzən şəhərində baş verib. Nahid Muradov qonşusu Arzu Orucovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb.

Arzu Orucovu xilas etmək mümkün olub. Hadisənin baş verəməsinə səbəb kimi Arzu Orucovun Nahid Muradovu təhqir etməsi göstərilir.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Nahid Muradov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər