3 Fevral 2017 14:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son söz deyiblər.

Onlar məhkəmədən obyektiv hökm çıxarılmasını istəyiblər.
Hakim iş üzrə təqsirləndirilən Şahin Sultanov və digər 4 nəfərin son söz deməsini növbəti məhkəmə prosesinə saxlayıb.

Proses fevralın 10-da davam edəcək.

Prokuror Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə prokuror iş üzrə ittiham olunan 26 nəfərdən 4 nəfərinin şərti cəza almasını, digərlərinin is müxtəlif vaxtlara məhkum olunmasının istəyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Şahin Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hacı Zeynalov


Müəllif: