3 Fevral 2017 15:47
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə rayonda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Təbib Məmmədov kustar üsulla hazırlanmış “Naqan” markalı tapançanı könüllü olaraq polisə təhvil verib.

Daha bir əməliyyatı Saatlı polisi keçirib. Qırağlı kənd sakini İlqar Nuruşovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Oxşar hadisə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən də keçirilib. Məmişlər kənd sakini Mahir Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Hacı Zeynalov


Müəllif: