Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.
Teleqraf.com-un məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.
1988-ci il təvəllüdlü Ruslan Əhməd oğlu Məmmədov Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib və Ruslan Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən sürücü xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Ruslan Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.