6 Fevral 2017 08:19
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda narkotiklə tutulan şəxsin oğurluq cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 31-də Ağdaş rayon sakini Mənsur Məhərrəmov narkotik vasitə gəzdirdiyi üçün saxlanılıb.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 22-də həmyerlisi Vüsal Allahverdiyevlə birgə rayon ərazisindəki evlərdən birindən 600 manat pul oğurlamaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: