Sumqayıt şəhərində soyğunçuluq və dələduzluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 15-də Raul adlı şəxs Sumqayıt şəhər sakini Kənan Nuriyevi aldadaraq mobil telefonunu alıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Raul Əhmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvar ayı ərzində şəhər sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.
Hacı Zeynalov