Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Səbuhi Davudov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səbuhi Davudov Bakı şəhər sakininə qarşı dələduzluq edib. O, zərərçəkmişi paytaxtda yerləşən şirkətlərdən birinə sürücü vəzifəsinə düzəltmək adı ilə aldadıb və ondan 10 min manatdan çox pul alıb.
Səbuhi Davudov vədinə əməl etməyərək, aldığı pulu ələ keçirib.
Hacı Zeynalov