Rusiya kriminal aləminin lideri sayılan Zaxariya Kalaşovun (Şakro Molodoy) yaxın adamı oğurlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı kriminal aləmdə “Edik Tbiliski” kimi tanına 48 yaşlı Eduard Asatryanın vəkili Muşeq Ayrapetyan məlumat verib.
Ayrapetyanın sözlərinə görə, yeni ildə Asatryan Celyabinsk vilayətindəki həbsxanaya keçirilib: “Fevralın 1-də isə onun görüşmək istəyən qohumlarına Eduardın burada saxlanılmadığı bildirilib. Naməlum şəxslər onu həbsxaanda qaçırıblar. Rəsmi qurumlar da məsələyə heç bir münasibət bildirməyib. Düşünürəm ki, Asatryanın həyatı təhlükədədir”.
Elvin