Goranboy rayonunda 22 yaşlı oğlan intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Səmədov kəsici alətlə qollarının damarını kəsərək, özünü öldürmək istəyib. O, ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, Elnur Səmədov sevdiyi qızla mübahisə edib. Mübahisəyə səbəb qızın onu istəməməsi olub. Bu səbəbdən o, damarlarını doğrayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov