Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Fərid Zeynalova zor tətbiq edərək, onun 55 manatını alıb.
Fərid Zeynalov soyğunçuluqla üzləşməsi barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar. Saxlanılan şəxslər paytaxtda ayrı-ayrı ünvanlarda tikintilərdə fəhləlik ediblər və həmin vaxtdan biri-birləri ilə tanış olublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov