8 İyul 2014 19:42
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diyarbəkrin keçmiş bələdiyyə sədri Osman Baydəmir baş naziri təhqir etdiyi üçün iki il azadlıqdan məhrum olması tələbi ilə məhkəməyə verilib.

Diyarbəkrin keçmiş bələdiyyə sədri, milliyətcə kürd olan Osman Baydəmir 2012-ci ildə Van bələdiyyə sədri Bəkir Qayanın da həbs olunduğu KCK əməliyyatından sonra açıqlama vermişdi.

Baydəmirin açıqlamasında baş nazir R.T.Ərdoğanı təhqir etdiyi iddia edilib.

Van Respublika Prokurorluğu “vəzifəli dövlət qulluqçusunu təhqir etmək” ittihamı ilə iki il azadlıqdan məhrum olunmasını tələb edib.

/publika.az/


Müəllif: