“Ötən il narkotiklərlə əlaqədar 3243 cinayət, o cümlədən narkotik satışı ilə bağlı 810 fakt aşkarlanıb, 70 cinayətkar qrup zərərsizləşdirilib”.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.
Məlumata görə, qanunsuz dövriyyədən 934 kiloqram narkotik vasitə çıxarılıb, 146 kiloqramdan artıq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb: “Bu cinayətlərə görə 2484 nəfər məsuliyyətə cəlb olunub. Bu şəxslərdən 2242 nəfər əmək qabiliyyətli işləməyən və oxumayandır. 902 nəfəri əvvəllər cinayət törətmiş şəxslərdən, 26 nəfəri isə qadınlardan ibarət olub”.
Hacı Zeynalov