Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan kafenin elektrik şitinin içərisində kabel, yağ açarı və zirzəmidə yerləşən sexin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, kafenin və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub..
Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.