Qazax rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Samir İsmayılov ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Onu Qazax Müalicə Diaqnostika Mərkəzinə aparsalar da, dünyasını dəyişdiyi məlum olub.
Polisin apardığı araşdırma zamanı Samir İsmayılovu qətlə yetirən şəxsin onun həmkəndlisi və həmyaşıdı Sənan Bayramovun olduğu müəyyənləşib.
Məlumata görə Samir İsmayılovla Sənan Bayramov fevralın 9-da, axşam saatlarında kənd orta məktəbin yaxınlığında mübahisə ediblər. İlkin məlumata görə, gənclər arasında mübahisə qız üstündə baş verib.
Gənclərin mübahisəsi sonda dava ilə nəticələnib. Bu zaman Sənan Bayramov Samir İsmayılovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov