10 Fevral 2017 15:18
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il aprelin 1-də Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 20 min manat dəyərində qızıl əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən paytaxt sakini Nicat Abbasov tutulub.

Məlum olub ki, Kamal Talıbov təqsirləndirilən şəxsin bibisi oğludur. Nicat Abbasov əvvəllər də məhkum olunub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Nicat Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər