11 Fevral 2017 21:12
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 34 yaşlı kişi intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəsimi küçəsi, 22 ünvanında qeydə alınıb.

1983-cü il təvəllüdlü Samir Fərzəliyev yaşadığı evdə intihar etmək məqsədilə qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. O, 3 saylı Sabunçu şəhər xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Samir Fərzəliyevinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, hadisədən əvvəl Samir Fərzəliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın onu təhqir edib. Həyat yoldaşının təhqirlərinə dözməyən Samir intihar etmək istəyib.
Bildirilir ki, Samir Fərzəliyev narkotik vasitələrin aludəçisidir.

Samir Fərzəliyev paytaxtda inşa olunan tikintilərdə fəhləlik edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər