11 Fevral 2017 22:38
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda dələduzluq edən şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən paytaxt sakini Əvəzağa Ələsgərov tutulub.

Əvəzağa Ələsgərov ötən il avqustun 11-də Bakı şəhər sakini Şamil Kamil oğlunun 2000 manat pulunu dələduzluq yolu ilə alıb. O, pulu alan zaman Şamili özəl şirkətlərdən birinə işə düzəldəcəyini vəd edib. Amma vədinə əməl etməyib.


Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər